• +39 3887957888 |
  • Roma, İtaliya |
  • Monday - Saturday: 7.AM - 5.PM
IT  |  EN

Landşaft sferası

 Landşaft sferası

Landşaft sferası

Heqiqətdə təbiətin özü ən mükəmməl, ən möhtəşəm landşaft proyektidir və hər bir landşaft dizaynerinin “müəllimi” və “bələdçisi” təbiətin özüdür. Ən professional landşaft dizayneri landşaft layihələrini işləyərkən nə qədər improvizələr və pərformanslar etsə belə, mütləqdir ki, bu landşaft kompozisiyalarının istər estetik, istərsə də praktik baximdan kökündə elə təbiətin özü durur. Yəni təbiətin “landşaft qanunu”ndan kənara cıxmaq qeyri mümkündur. Landşaft dizaynın bünövrəsində duran üç faktor empirisizm, cografiya və funksionalliqdir. Landşaft dizaynının şəxsi evlərin bağ-bağçalarında, şəhər, qəsəbə, mikrarayonlarda bina evlərin ətraf zonalarında, park ərazilərində, uzun magistral yolları müşayiət edən torpaq zolaqlarda mühüm rolu var. Bu rol əsasən sağlamlıq, estetik, gigiyenik baxımdan çox əhəmiyyətlidir. Ayrı-ayrı ölkələrin coğrafiyası, mədəniyyəti, mentariteti müxtəlif olduğu kimi landşaftı və landşaft layihələri də özünəməxsusdur. Lakin onlar arasında ferqli və oxşar faktlar var ki, bunlar çox maraqlı və diqqət çəkəndir. Zaman-zaman maraqlı faktlara əsaslanan yazılar təqdim edəcəyik sizlərə.