• +39 3887957888 |
  • Roma, İtaliya |
  • Monday - Saturday: 7.AM - 5.PM
IT  |  EN

Çiçəklərin təbiətdə, həyatımızda, incəsənətdə rolu

Çiçəklərin təbiətdə, həyatımızda, incəsənətdə rolu

Çiçəklərin təbiətdə, həyatımızda, incəsənətdə rolu

Bir anlıq təbiəti çiçəklərsiz təsəvvùr edək. Yer üzü yamyaşıl otlarla, kollarla və ağaclarla çox darıxdırıcı olardı. Rəngbərəng çiçəklər öz varlığı ilə təbiəti bəzəyir, ona fùsünkar gözəllik gətirir. Ona görə də deyə bilərik ki, "çiçəklər təbiətin təcəssümüdür". Çiçək sözü ilə gözəllik sözü sanki sinonimdir. Necəki, "gözəllik" sakitləşdirici, hüznverici, həyəcanverici, cəlbedici,stimulverici,qorxuducu, kədərverici, paklıq hissi, sülh hissi, xoşbəxtlik hissi verir, eləcə də bu emosiyaları "çiçəklər" haqqında da demək olar. Çiçəklərin təbiətdə müxtəlif istiqamətlərdə böyük rolu var , bunu hər birimiz bilirik. Burada biz onlara estetik prizmadan aksent edirik, təbii ki. Həmçinin həyatımızda çiçəklərin rolu çoxşaxəlidir. Bu, tam qədim zamanlardan belə olub. Ən başlıcası isə uzun illər öncədən bu günə qədər qorunub saxlanan müxtəlif hiss və fìkirlərin çiçəklərin dili ilə ötürülməsi çox dərin bir elmdir. Çiçəklərin incəsənətin hər bir növündə olan rolu isə sonsuzdur. Bura rəssamlıqdan,heykəltaraşlıq dan, mozaykadan, keramikadan və.s - dən tutmuş, musiqiyə, teatra, tom-tom yazılan bədii əsərlərə qədər sonsuz "qollar" daxildir. Zaman-zaman nizamlı ardıcıllıqla bu mövzuda sizlərə maraqlı yazılar təqdim edəcəyik.