• +39 3887957888 |
  • Roma, İtaliya |
  • Monday - Saturday: 7.AM - 5.PM
IT  |  EN

Florist kimdir?

Florist kimdir?

Florist kimdir?

Floristika sənəti çox unikal bir xarakterə malikdir. O bir neçə sahəni özündə birləşdirir. Bu sənətin sahibi çiçəklərin növ və çeşidlərini tanımaqdan əlavə onların təbiətini mükəmməl bilməli, rənglərin bütün qanunauyğunluqlarını tanımalı,qədim elm olan "çiçəklərin dili" elminə dərindən yiyələnməli, psixologiya elmindən dərs almış olmalı və "floranın təbabəti" bilikləri zəngin olan rəssam, heykəltaraş, memar olmalıdır. Çiçək çələngi bir və ya bir neçə çiçək növünün gözəl nizamla cəmlənməsi deyil. Çiçək çələngi məzmun dolu fikir, hiss, emosiya, mesaj daşıyıcısı olan kiçik,orta, böyük sənət əsəridir. Professional floristin çiçək kompozisiyasında balans qorunması, proporsiyaların düzgün ahəngi, rənglərin ritmi, kontraslıq, harmoniya düzgün və həssas qurulur. Florist eyni zamanda çiçəklər ilə interyer və eksteryer dekorasiyası işləyir. Bu kimi  layihələrdə interyer və eksteryerin dizayn stili işlənən dekorasiyanın onunla harmoniyasını tələb edir. Floristikanın yaranış tarixinin lap əvvəllərindən bugünkü müasir dövrə qədər olan inkişafı haqda xronoloji ardıcıllığı kiçik parçalarla ətraflı şəkildə gələcək yazılarımızda sizlər üçün hazırlayacağıq.